• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Taksilərə taksometr quraşdırılacaq? - Rəsmi Açıqlama

CƏMİYYƏT

24 Iyun 2023 | 11:49

Taksilərə taksometr quraşdırılacaq? - Rəsmi Açıqlama

“Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərə tələb olarsa taksometr quraşdırılacaq. Taksometr cihazını əvəz edəcək proqram təminatından istifadə etməyi təklif edirik. Əgər ehtiyac olarsa, taksometr cihazı quraşdırılacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin müavini Rəhman Hümbətov bildirib.

“Milli Məclisdə deputatların reysqabağı müayinə ilə bağlı qaldırdığı məsələ düzgün qaldırılmış məsələdir. Bu sahədə problem olduğuna görə, biz qanuna dəyişiklik təklif etmişik. Qanunda reysqabağı müayinə deyildikdə sərnişindaşıma ilə məşğul olan sürücünün hərarətinin ölçülməsi, alkoqol qəbul edib-etməməsi nəzərdə tutulur. Bu müayinələri müasir avadanlıqlarla qarajlarda etmək mümkündür. Biz də nazirlik olaraq nəzarət edəcəyik ki, sərnişindaşıma ilə məşğul olan şirkətin qarajda tibbi müayinənin keçməsilə bağlı şəraitin yaratmasına şərait yaradılsın”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026