• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sentyabrdan köhnə məktəbli formasına icazə verilməyəcək? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

25 May 2023 | 12:25

Sentyabrdan köhnə məktəbli formasına icazə verilməyəcək? - RƏSMİ AÇIQLAMA

Növbəti tədris ilində (2023-2024) şagirdlər yeni məktəbli formasından istifadə etməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

"Məktəbli forması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il №96 “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarı qüvvədədir", - deyə əlavə edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər. Yəni artıq növbəti tədris ilindən əvvəlki illərin formaların istifadəsinə yol verilməyəcək.

Xatırladaq ki, "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov Trend-in suallarını cavablandırarkən qeyd edib ki, 2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlanıb. Vaxt az olduğu üçün yuxarı siniflər üçün hazırlanmayıb. Artıq yeni tədris ili üçün yuxarı siniflər də yeni məktəbli formalarından istifadə edə biləcək.

"Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətək isə 25 manat olacaq", - deyə o əlavə edib. /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026