Xəbər verdiyimiz kimi, Türkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarılacaq.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Resmi Gazete”də dərc olunan məlumata görə, koronavirus dövründə maska taxma qaydasının pozulmasına görə cəzalar ötən il ləğv olunub, lakin cəriməni ödəyənlərin pulu geri qaytarılmayıb.
Pandemiya dövründə çıxarılan cəzaların bərpası üçün Konstitusiya Məhkəməsinə edilən müraciətin nəticəsi olaraq, “Resmi Gazete”də dərc olunan qərarla ödənilən cərimələrin geri qaytarılması mümkün olacaq.
Qardaş ölkədə qəbul olunan bu qərardan sonra Azərbaycanda da pandemiya zamanı çıxarılan cəzaların ləğv olunacağı barədə söz-söhbər dolaşır.
Detilənlərlə bağlı Bakıvaxtı.az Nazirlər Kabinetinə sorğu göndərib. “Bununla bağlı hər hansı bir məlumat olacağı təqdirdə bildiriləcək”, - deyə Nazirlər Kabinetindən bildirilib.
Aytac Aslan










jpg-1687589762.webp)





