• Bakı 24° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Dərmanların  bahalığına RƏSMİ MÜNASİBƏT

CƏMİYYƏT

04 Iyul 2023 | 13:00

Dərmanların bahalığına RƏSMİ MÜNASİBƏT

“Dərman alıcının seçimi yox, həkimlərin, təəssüf ki, bəzi hallarda əczaçının tövsiyəsi əsasında olur. Tənzimlənmə isə bu kimi sui-istifadələrin qarşısını alır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

Nazir müavininin sözlərinə görə, dərmanların qiymətlərinin tənzimlənməsi eyni metodla həyata keçirilir:

“Dərmanlara əmtəə kimi baxdıqda bu fərqlənir. Ölkədə olan dərman qiymətlərini başqa ölkə ilə müqayisə etdikdə nəzərə almaq lazımdır ki, həmin preparatlar həmin ölkənin öz istehsalıdır ya yox”.

R.İsmayılov əlavə edib ki, hər bir ölkənin dərman vasitələri üçün vergi faizləri də fərqlidir:

“Müqayisə edilən ölkənin əhali sayına da fikir vermək lazımdır. Bu da ölkə sifarişlərinə təsir edir. Qiymətlər də hər bir ölkəyə görə fərqli təyin olunur. Daxili istehsalı olan ölkəyə təyin edilən qiymətlərdə başqa olur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR