Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi “İtlər üçün quru yemin satın alınması” ilə bağlı tenderin nəticəsini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “QIRDƏHAL” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qalib şirkətlə 117.500 manat dəyərində müqavilə imzalanacaq.
Tenderin şərtlərinə görə, 20.000 kq böyük itlər üçün mal ətindən hazırlanmış quru yem və 5.000 kq balaca itlər üçün qarışıq tərkibli quru yem alınacaq.
Qeyd edək ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında" 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılıb.
İbRa






%20(1)jpg-1693641143.webp)
jpg-1693640235.webp)








