• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

TEXNOFEST yenidən Azərbaycanda keçirilə bilər

CƏMİYYƏT

02 Sentyabr 2023 | 10:16

TEXNOFEST yenidən Azərbaycanda keçirilə bilər

“TEXNOFEST-in Azərbaycanda təşkili ilə bağlı ən böyük üstünlüyümüz dil birliyidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan xalqları eyni dildə danışırlar: “Ləhcələrimiz bir az fərqli olsa da, eyni dildə danışırıq. Bir-birimizi rahat başa düşürük. Bu, işimizi çox asanlaşdırır”.

M.F.Kacırın sözlərinə görə, başqa ölkələr də TEXNOFEST-in təşkilində maraqlıdırlar.

Qeyd edək ki, TEXNOFEST 2022-ci ildə Bakıda təşkil olunub. "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda yenidən festival keçirməyə hazır olduqlarını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR