• Bakı C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

“Dronu DSX yox, başqa hərbi birləşmələr vurub” - "Vətəndaş A" serialının rejissoru

MƏDƏNİYYƏT

04 Dekabr 2024 | 21:12

“Dronu DSX yox, başqa hərbi birləşmələr vurub” - Vətəndaş A serialının rejissoru

"Vətəndaş A" serialının rejissoru Elvin Rüstəmzadə çəkiliş zamanı dronlarının Dövlət Sərhəd Xidməti tərəfindən yox, başqa hərbi birləşmələr tərəfindən vurulduğunu bildirib.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb:

"Əziz dostlar! Dron həqiqətən vurulub. Bu açıqlama həqiqəti əks etdirmir. Dron vurularkan mən daxil heyətdən 5 nəfər ordaydıq. Sevinc xanım isə Bakıda idi. Yəni, beş şahid ola-ola həqiqəti danıb belə bir açıqlama vermək hansı məcburiyyətdən idi bilmirəm. Ordumuz öz işini məsuliyyətlə icra edib. Biz diqqətsilzik etmişik, məlumat verməmişik, onlar isə lazım olanı ediblər. Burda şişirdiləcək məsələ yoxdur. Hadisə bir il əvvəl baş verib. Olan olub, keçən keçib. Sadəcə mən müsahibəmdə DSX demişəm, amma dünən dəqiqləşdirdik ki, dron başqa hərbi birləşmələr tərəfindən vurulubmuş. Burda tək yanlış budur, vəssalam".

Qeyd edək ki, serialının baş prodüseri Sevinc Əliyeva dronlarının vurulması ilə bağlı yayılan məlumatları təkzib etmişdi.


SON XƏBƏRLƏR

04 Dekabr 2024