"Azər Baxşəliyev süni tənəffüs aparatına bağlıdır. Vəziyyəti ağır olaraq qalır".
Bunu Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib.
Qeyd edək ki, aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir və böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
Vəziyyəti ağırlaşan A.Baxşəliyev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Dünən onun ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub və süni tənəffüs aparatına qoşulub.
Mina Mikayılova