Xəbər verdiyimiz kimi, həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
Bakıvaxtı.az xəbər verir ki, aktyorun bir müddət əvvəl verdiyi açıqlama gündəm olub.
O açıqlamasında bildirib ki, ölümdən qorxmur:
"Ölüm elə ola bilər ki, sənə qorxu imkanı yaratmasın. Ölüm sən gözləmədiyin bir vaxt da gələ bilər. Bu hamının başına gələcək. Bunu olduğu kimi qəbul eləmək lazımdır". (Kult.az)