• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

DSMF-nin xərcləri 18 faiz ARTIB

İQTİSADİYYAT

12 Iyul 2023 | 15:26 | Müəllif: Qalib İbrahimoğlu

DSMF-nin xərcləri 18 faiz ARTIB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 6 ayında proqnozla müqayisədə 6 faiz və ya 197 mln. manat çox olmaqla 3 mlrd. 271 mln. manat təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a ƏƏSMN-dən bildirilib.

Məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyun aylarında proqnoza nisbətən 8 faiz və ya 198 mln. manat artaraq 2 mlrd. 531 mln. manat olub.

Son 6 ayda DSMF-nin xərcləri 3 mlrd. 9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 418 mln. manat çoxdur.

 

 


DSMF-nin xərcləri 18 faiz ARTIB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026