• Bakı 10° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Dünya liderləri Münxendə - Qlobal risklər masada

SİYASƏT

13 Fevral 2026 | 16:42

Dünya liderləri Münxendə - Qlobal risklər masada

"Hazırda dünya siyasəti olduqca qarışıq və bir o qədər də aktual məsələlərlə zəngindir. Söhbət davam edən Rusiya-Ukrayna müharibəsindən, Ermənistan-Azərbaycan sülh danışıqlarından, Mərkəzi Asiya ölkələrində gedən proseslərdən, İran-İsrail-Amerika xəttində artan gərginlikdən gedir".

Bunu politoloq Turan Rzayev Bakıvaxtı.az-a Münxen Təhlükəsizlik Konfransının əhəmiyyəti barədə danışarkən deyib.

Onun sözlərinə görə, bundan başqa, Türkiyə-Misir-Səudiyyə Ərəbistanı və İsrail-Qətər-Efiopiya qütbləşmələri, Çin-Amerika Birləşmiş Ştatları arasında iqtisadi rəqabət və təbii ki, Qrenlandiya ətrafında baş verən proseslər də gündəmdədir.

Politoloq bildirib ki, göründüyü kimi, kifayət qədər ciddi və aktual məsələlər mövcuddur və bütün bu hadisələrin fonunda dünya liderlərinin və önəmli şəxslərin vaxtaşırı bir araya gəlməsi, xüsusən Münxen kimi strateji məsələlərin müzakirə olunduğu platformalarda toplanması təəccüblü deyil:

“Əksinə, bu görüşlərin dünya ictimaiyyətinin diqqətini cəlb edən mühüm məqamlarla yadda qalacağını demək olar”.

Turan Rzayev: Dünya siyasəti qarışıq və aktual məsələlərlə zəngindir

Müsahibimiz qeyd edib ki, bu tip platformaların əsas özəlliyi rəsmi və qeyri-rəsmi danışıqların aparılmasıdır:

“Buradan hər zaman konkret nəticələr çıxmaya bilər, lakin ən azı dialoq üçün platformanın mövcudluğu və qeyri-rəsmi müzakirələrin keçirilməsi sonradan rəsmi danışıqlar üçün faydalı zəmin yarada bilər. Bu baxımdan hesab edirəm ki, cari il də maraqlı dialoqların və geniş müzakirələrin şahidi olacağıq”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR