• Bakı 10° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.7814

    RUB - 1.629

DVX-nin rəis müavini: Növbəti il Azərbaycanda karbon vergisinin tətbiqi nəzərdə tutulmayıb

CƏMİYYƏT

25 Noyabr 2024 | 15:48

DVX-nin rəis müavini: Növbəti il Azərbaycanda karbon vergisinin tətbiqi nəzərdə tutulmayıb

Növbəti il üçün Vergi Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər çərçivəsində karbon qiymətqoyma alətləri ilə bağlı mexanizmlərin, o cümlədən istilik effekti yaradan qazları əhatə edəcək karbon vergisinin tətbiqi nəzərdə tutulmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu apa-ya müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

    Samirə Musayeva qeyd edib ki, 2025-ci ildən bu sahədə əlavə təşviqləri nəzərdə tutan müddəalar Vergi Məcəlləsinə dəyişikliklər layihəsində əksini tapıb. Məsələn, nәqliyyat sisteminin ekoloji cәhәtdәn tәmiz olması vә atmosferә atılan tullantıların azaldılması məqsədilə ölkəmizdə yerli avtobus (o cümlədən, elektrik mühərriki ilə işləyən) istehsalına, habelə bərpa olunan enerji mənbələrindən istifadəni stimullaşdırmaq məqsədilə elektrik enerjisi istehsalı layihələri üzrə bir sıra vergi təşviqlərinin tətbiqi Vergi Məcəlləsinin dəyişiklik layihəsinə daxil edilib.

    “Tərəfimizdən aparılmış araşdırmaların və sahəvi mütəxəssislərlə məsləhətləşmələrin ilkin nəticəsi olaraq qeyd edə bilərəm ki, karbon qiymətqoyma alətlərinin hər birinin öz üstünlükləri və çatışmazlıqları mövcuddur və bu sahədə “qızıl” standart mövcud deyildir. Başqa sözlə, dünya ölkələri tərəfindən karbon qiymətqoyma alətlərinin tətbiqinə dair konsensus və vahid yanaşma formalaşmayıb. Aİ-nin və digər yuridiksiyaların “Sərhəddə karbon qiymətləri” ilə bağlı atdığı addımlar da məhz karbon emissiyaları yüksək olan sənayelərə tətbiq edilən karbon vergiləri və ya emissiya ticarət sistemlərinin həmin sənayelərin rəqabətqabiliyyətinə mənfi təsirini azaltmağa xidmət edən mexanizmlərdir. Başlıca səbəb ondan ibarətdir ki, hər ölkənin və yurisdiksiyanın özünəməxsus fərqləndirici xüsusiyyətləri mövcuddur. Bu səbəbdən də karbon qiymətqoyma alətlərinin tətbiqi məsələsinə həssas yanaşılmalı, data analitikasına əsaslanan mülahizələr formalaşdırılmalı və sözügedən mexanizmlərin fiskal, sosial və iqtisadi təsirlərinin genişmiqyaslı təhlili aparılmalıdır. Eyni zamanda karbon qiymətqoyma siyasəti formalaşdırılarkən nəzərdən keçirilən mexanizmlər ölkənin iqlim siyasəti və bu sahədə mövcud beynəlxalq öhdəlikləri, ixrac strukturu, bu cür mexanizmlərin mikro-kiçik bizneslərə, sosial-iqtisadi sahəyə təsirləri nəzərə alınmalıdır. Biz “yaşıl” iqtisadiyyata “ədalətli” keçidi təmin etməyə hədəfləyən və geniş təhlilə əsasən vergi siyasəti tədbirləri həyata keçirəcəyik”-deyə DVX rəisinin müavini əlavə edib.


    SON XƏBƏRLƏR