• Bakı C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.7517

    RUB - 1.7594

“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadəni TƏHDİD EDİRLƏR

CƏMİYYƏT

11 Fevral 2025 | 16:00

“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadəni TƏHDİD EDİRLƏR

“Təxminən 1 il öncə anacıq 2 yaşlı övladını dayənin yanına qoyaraq gedib və onunla 28 gün ərzində əlaqə saxlamayıb. Dayə uşağın anasından xəbər çıxmadığını görəndə vəziyyətlə bağlı qaynar xəttimizə müraciət etdikdən sonra, polis əməkdaşlarının iştirakı ilə uşaq sığınacağa yerləşdirilib”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, 2024-cü ilin yay ayında sığınacağın sakinləri Nabranda istirahət edərkən canlı açılan zaman bu müraciət canlıya yazılıb, müraciət polisə və qaynar xəttə yönləndirilib.

K.Ağazadə deyir ki, ananı dəfələrlə sığınacağa dəvət etsələr də, gəlməyib. Dediyinə görə, azyaşlının sığınacaqda qaldığı müddət ərzində isə naməlum şəxslər müxtəlif nömrələrdən zəng edərək özlərini uşağın dayısı, əmisi və ya digər qohumları kimi təqdim ediblər. Onlar təhdidedici ifadələr işlədərək uşağın təhvil verilməsini tələb edir, hədə-qorxu gəlir,bizi öldürəcəklərini bildiriblər.

Ağazadə bu gün də onlara təhdid gəldiyini qeyd edib:

“Bizə dedilər ki, "Sakitcə, səssiz-səmirsiz ana gələcək və siz uşağı anaya izahatsız təhvil verəcəksiniz. Əks halda ana canlı yayım açacaq və hamının gözü qarşısında intihar edəcək. İntihar edərkən Kəmalə Ağazadənin bu intiharda günahkar olduğu bildiriləcək"".

Müsahibimiz qadının dayanmadan zəng edərək təhdid etdiyini söyləyib və onların əllərində bu təhdidlərlə bağlı videogörüntülər olduğunu vurğulayıb.

O ehtimal edir ki, qadın özü hansısa cinayətkarların əlində ola bilər və ya bu uşaq onlara hansısa məqsədlər üçün lazımdır.

“Ananı ciddi nəzarətdə saxlayan "əmioğlanları, dayıoğlanları" var. Sığınacaqlar və onun əməkdaşları hər zaman təhdid, şantaj altında olmağını anlayır. Zatən çalışdığımız uşaqların kimlərin qurbanı olduğunu çox gözəl bilirik. Amma bu yeni "üsul" şantajistlər üçün yeni alət ola bilər”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Kəmalə Ağazadəylə əlaqə saxlayaraq məsələnin araşdırılmağa başladığını nəzərə çatdırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

11 Fevral 2025