"Ermənistanın Azərbaycana qarşı cinayətləri yaddan çıxası deyil”.
Bakılvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin layihəsi məsələsini Azərbaycan təklif edib: “Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişməlidir. Bu, təcrübədə olub. İrlandiya Respublikasının Şimali İrlandiya ilə bağlı konstitusiyasında dəyişiklik edilib. Bakıda insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məhkəməsi gedir. Ermənistan bu gün bu məhkəməyə qarşı mənasız propoqanda kampaniyası aparır. Bu məhkəmədə mühakimə olan şəxslər qanun qarşısında cavab verirlər. Onların əsir və girov adlandırılması qəbuledilməz haldır”.