• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Müəllimlərlə bağlı müsabiqədə qeydiyyat BAŞA ÇATIB

CƏMİYYƏT

12 Aprel 2025 | 09:30

Müəllimlərlə bağlı müsabiqədə qeydiyyat BAŞA ÇATIB

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, aprelin 4-dən başlayan prosesi artıq dayandırılıb.

Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.

Müəllimlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Müsabiqə üzrə minimum keçid balı 30 bal olaraq müəyyənləşdirilib.

Hazırda qeydiyyatdan keçənlərin sənədlərinə baxılır və tezliklə kimin müsabiqəyə buraxılacağına aydınlıq gətiriləcək.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu müsabiqə ilə digər bölgələrdən iş yerini Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna dəyişmək  mümkün deyil. İş yerini bu regionlara dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak edərək yerdəyişmə edə bilərlər.


SON XƏBƏRLƏR

18 Aprel 2025