• Bakı 7° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Agentlik sədrinə yeni müavin TƏYİN EDİLDİ

CƏMİYYƏT

11 Aprel 2025 | 23:51 | Müəllif: Subhan Mahmudov

Agentlik sədrinə yeni müavin TƏYİN EDİLDİ

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Əmrə əsasən, İlkin Məmmədov DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İ. Məmmədov 2021-ci ildən DOST Agentliyində fəaliyyətə başlayıb və yeni vəzifəyə təyin olunanadək “Maliyyə və büdcə” şöbəsinin müdiri, “Mühasibatlıq” şöbəsinin müdiri, “Maliyyə və mühasibatlıq” departamenti müdirinin müavini və həmin departamentin müdiri vəzifələrində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026