• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Şəmkirli bacılardan imtahanda möhtəşəm nəticə

CƏMİYYƏT

11 Aprel 2025 | 23:41 | Müəllif: Subhan Mahmudov

Şəmkirli bacılardan imtahanda möhtəşəm nəticə

Məlum olduğu kimi, martın 2-də keçirilmiş buraxılış imtahanında 23 abituriyent 300 bal toplayıb.

Bakıvaxtı.az  "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir ki, maksimal bal toplayanlardan biri də Şəmkir rayonu Kür qəsəbəsi H.Z.Tağıyev adına tam orta məktəbin şagirdi Nəzrin Məmmədovadır. O, imtahanda maksimum - 300 bal toplayıb.

Nəzrin 5 yaşında məktəbə gedib, xüsusi biliyi ilə seçilib.

Onun bacısı Nuray Məmmədova isə 247 bal toplayaraq təhsil aldığı məktəbin üçüncüsü olub.

Bacıların ikisi də Azərbaycan Tibb Universitetinin "Tibb" ixtisasına qəbul olmaq üçün hazırlaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026