• Bakı 11° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Telefondan qəribə səslər eşidirsinizsə, DİQQƏTLİ OLUN!

CƏMİYYƏT

13 Mart 2025 | 13:21

Telefondan qəribə səslər eşidirsinizsə, DİQQƏTLİ OLUN!

Son illərdə siber təhlükələr artaraq mobil cihazları daha çox hədəfə çevirib. İstifadəçilərin şəxsi məlumatlarını ələ keçirən hakerlər sadə bir e-poçt və ya zərərli tətbiqlərlə cihazlara müdaxilə edə bilirlər. Kiber təhlükəsizlik üzrə ekspert Katerina Hanko bildirir ki, hər gün mobil cihazlara hücum etmək üçün hazırlanmış 24 mindən çox zərərli proqram aşkar edilir.

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə android istifadəçiləri telefonlarının haker hücumuna məruz qaldığını bəzi əlamətlərlə müəyyən edə bilərlər.

Telefon danışığı zamanı anlaşılmaz bip səsləri və ya parazit səslər eşidilirsə, bu, söhbətlərin qeydə alınması ilə bağlı ola bilər. Əgər bu cür hallar davamlı yaşanırsa, ehtiyatlı olmaq tövsiyə edilir. Mobil internet istifadəsinin qəfil və izah olunmaz şəkildə artması da casus proqramların fon proseslərdə fəaliyyət göstərdiyini göstərə bilər.

Bundan başqa, telefonun yavaşlaması, tətbiqlərin öz-özünə bağlanması və ya batareyanın tez tükənməsi cihazda zərərli fəaliyyətin əlamətlərindən sayılır.

Mütəxəssislər Android cihazlarının təhlükəsizliyini qorumaq üçün proqram təminatını mütəmadi yeniləməyi, şübhəli tətbiqləri silməyi və casus proqramları aşkar edən alətlərdən istifadə etməyi tövsiyə edir. Eyni zamanda, tətbiqlərin tələb etdiyi icazələrə diqqət yetirilməli və həddindən artıq icazə tələb edən proqramlardan uzaq durulmalıdır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

13 Mart 2025