• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əli Əsədov Moldovanın Baş naziri ilə görüşüb

SİYASƏT

10 Oktyabr 2022 | 18:42 | Müəllif: Subhan Mahmudov

Əli Əsədov Moldovanın Baş naziri ilə görüşüb

Baş nazir Əli Əsədov oktyabrın 10-da ölkəmizdə səfərdə olan Moldova Respublikasının Baş naziri Natalya Qavrilitsa ilə görüşüb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Moldova münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının önəmi vurğulanıb.

Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR