• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

İsrail Səfirliyi Azərbaycan xalqını təbrik etdi

SİYASƏT

09 Noyabr 2022 | 11:36 | Müəllif: Subhan Mahmudov

İsrail Səfirliyi Azərbaycan xalqını təbrik etdi

İsrailin Azərbaycandakı Səfirliyi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında paylaşım edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR