“2023-cü ilin dövlət büdcəsində ehtiyac meyarının yaşayış minimumu ilə eyniləşdirilməsi müsbət haldır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli səsləndirib.
Onun sözlərinəı görə, beynəlxalq praktikada da yaşayış minimumu əsas götürülür: "Bunun 2023-cü ilin büdcə layihəsində öz əksini tapmasını da alqışlayırıq. Bunu nəzərə alaraq, qeyd etməliyəm ki, “Yaşayış minimumu haqqında” və “Ünvanlı sosial yardım haqqında” qanun layihəsi hazırlanıb və oktybarda Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyevə təqdim edilib”.
Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində yaşayış minimumu və ehtiyac meyarı bhərabərləşdirilərək 246 manat məbləğində müəyyən edilib.
Nuranə Daxilqızı







jpg-1672999424.webp)







