• Bakı 29° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Əli Əsədov Monteneqronun Baş naziri ilə görüşüb

SİYASƏT

05 Iyul 2023 | 18:43 | Müəllif: Subhan Mahmudov

Əli Əsədov Monteneqronun Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 5-də ölkəmizdə səfərdə olan Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün əhəmiyyəti vurğulanıb, D.Abazoviçin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində səmərəli fəaliyyəti, o cümlədən irəli sürdüyü mühüm təşəbbüslər barədə bəhs edilib.

Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Eyni zamanda, ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, turizm və digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026