• Bakı 23° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Əli Əsədov Rusiya FHN-in rəhbəri ilə görüşdü

SİYASƏT

30 Yanvar 2024 | 19:18 | Müəllif: Subhan Mahmudov

Əli Əsədov Rusiya FHN-in rəhbəri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a  Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.

İki ölkə arasında bütün sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın fəal inkişafı vurğulanıb.

Tərəflər Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün Birgə Fəaliyyət Planının imzalanmasının vacibliyini qeyd ediblər


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR