• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Zelenski Ermənistana səfər edərsə... - Qərbdən Rusiyaya əzələ nümayişi

SİYASƏT

29 Fevral 2024 | 14:15 | Müəllif: Qalib İbrahimoğlu

Zelenski Ermənistana səfər edərsə... - Qərbdən Rusiyaya əzələ nümayişi

Ermənistan baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Vladimir Zelenskinin İrəvana səfər etmə ehtimalından danışıb.

Paşinyan Zelenskinin səfəri ilə bağlı razılaşmanın Münhendə əldə edildiyini bildirib. Baş nazir vurğulayıb ki, Qərb Zelenskinin İrəvana səfərini təklif etsə də, bir neçə sutka düşündükdən sonra razılaşıb və cavab verib. Deyib ki, əgər bu, regional səfər olacaqsa, Zelenskini Ermənistanda qəbul etməyə hazırdırlar, amma bir şərtlə - Zelenski Azərbaycana da səfər etsin.

Erməni ekspertlərin fikrincə, ümumi maraqlar kontekstində Zelenskinin Azərbaycana səfəri xoş görülə bilər, amma Ermənistana müəyyən təsirləri olacaq. Düzdür, Paşinyan açıq şəkildə bildirir ki, Ermənistanın Avropa istiqamətində hərəkət etməkdən başqa yolu yoxdur və digər strateji tərəfdaşlar da bunu ağrılı şəkildə qəbul edəcəklər.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Zelenskinin Ermənistana səfər etmək istəməsi Qərbin Rusiyaya birbaşa əzələ nümayişi kimi dəyərləndirilə bilər.

Analitik hesab edir ki, Qərb Ukrayna prezidentinin Rusiyanın vassalına çevrilmiş bir ölkəyə gətizdirməklə Moskvaya, birbaşa prezident Vladimir Putinə mesaj verir:

"Əlbəttə, Ukrayna Ermənistanla əməkdaşlıq edə, münasibətləri inkişaf etdirə bilər. Hətta səfərin reallaşması da istisna edilmir. Amma bu, situativ xarakter daşıyır. Rusiya Ermənistan-Ukrayna münasibətlərinin dərinləşməsinə imkan verməz. Zelenski İrəvana səfər edərsə, tərəflər arasında müəyyən sənədlər imzalanacaq və iki ölkə arasında siyasi-iqtisadi əlaqələr genişlənəcək. Bu da Rusiyanın Cənubi Qafqaz siyasətinə zidd addım və zərbə sayılacaq”.

Samir Hümbətov: 

Müsahibimiz hüsab edir ki, Ukrayna rəhbərinin bölgəyə səfəri mütləq gərginliyə səbəb ola bilər: “Yəqin ki, Kreml bu səfərə mane olmaq üçün əlindən gələni edəcək. Qərbin Zelenski şərti Ermənistanı, daha doğrusu Paşinyan hökumətini çıxılmaz vəziyyətdə qoyub. Baş nazir qorxur ki, Qərbin tələblərini geri çevirməsi, İrəvanın tək qalmasına və Rusiyanın əl-qolunun açılmasına gətirib çıxarar".

Ekspertin sözlərinə görə, Azərbaycanla bağlı məsələ tamam fərqlidir:

"Rusiya Azərbaycanla, Bakının siyasəti ilə bağlı öz həddini bilir. Moskva bizimlə ermənilərlə danışdığı dildə, tonda danışmır və danışa da bilməz. Azərbaycan öz müstəqil siyasətini icra etməkdədir. Ukrayna və Azərbaycan arasında əlaqələr də kifayət qədər yüksək olub. Bakı Kiyevə müharibə dövründə humanitar yardımlar göstərib və s".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026