• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qərb bütün oyunlarını Ermənistan üzərindən oynayır: Sülhün yubanması ilk növbədə...

SİYASƏT

29 Mart 2024 | 16:35

Qərb bütün oyunlarını Ermənistan üzərindən oynayır: Sülhün yubanması ilk növbədə...

"Azərbaycan və Ermənistan arasında mümkün sülhün baş tutması Qərb ölkələrinə fayda vermir, onların maraqlarına xidmət etmir. Qərb dairələri sülhün məhz öz istəkləri çərçivəsində olmasını istəyirlər".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Avropa İttifaqı və ABŞ Azərbaycan və Türkiyə ilə yaxınlaşma nəticəsində Ermənistanı itirəcəklərindən qorxurlar:

Onun sözlərinə görə, Qərb bütün oyunlarını Ermənistan üzərindən oynayır:

“Zəngəzur dəhlizinə nəzarəti də Fransa, Avropa İttifaqı və ABŞ həyata keçirmək istəyir. Çünki Zəngəzur dəhlizi Orta Dəhlizin faktiki olaraq açar nöqtələrindən biri olacaq. Uzun illərdir Gürcüstan üzərindən enerji resurslarının və yüklərin daşınması həyata keçirilir. Bu proses Qara dəniz və Aralıq dənizi vasitəsilə reallaşdırılır. Ancaq Azərbaycan və Türkiyənin, xüsusilə də türk dövlətlərinin birləşməsi, proseslərdə daha aktiv rol oynaya bilməsi üçün Zəngəzur dəhlizinin açılması zərurətdir. Azərbaycan buna alternativ olaraq İran üzərindən yolun çəkilməsini də planlaşdırır. Hesab edirik ki, alternativ yol faktiki olaraq Qərb dairələrinin nəzarətində olmayacaq. Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin nəzarətini isə İrəvan Qərb ölkələrinə həvalə edə bilər".

Naqif Həmzəyev: İrəvan Qərbin təsiri altına girməsəydi, Azərbaycanla münasibətlər tez zamanda normallaşardı

Müsahibimiz qeyd edib ki, istənilən halda Azərbaycan-Ermənistan münasibətlərinin yaxınlaşdığı indiki mərhələdə Ermənistanı silahlandırmaq, İrəvana cəsarət vermək sülhə ciddi zərbə vurur:

"Bu pozucu prosesi həyata keçirən Qərb ölkələridir. Lakin Ermənistan anlamalıdır ki, sülhün yubanması ilk növbədə ermənilərin əleyhinədir. Əgər İrəvan Qərbin təsiri altına girməsəydi, Azərbaycanla münasibətlər tez zamanda normallaşardı. Ermənistanın nicatı Azərbaycanla kommunikasiyaların açılmasından keçir".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Aprel 2024