• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ermənistanı Aİ-yə gedən yolda hansı risklər gözləyir? 

SİYASƏT

29 Mart 2024 | 16:14

Ermənistanı Aİ-yə gedən yolda hansı risklər gözləyir? 

Ermənistanı Avropa İttifaqına qoşulsa onu ən yaxşı halda Gürcüstanın, ən pis halda isə Ukraynanın taleyi gözləycək.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri politoloq Vladimir Kornilov Ermənistan parlamentinin spikeri Alen Simonyanın İrəvanın həmişə Aİ yolunda olması barədə bəyanatını şərh edərkən bildirib.  

“İrəvan balanslaşdırılmış xarici siyasət yürütə bilərdi, lakin Paşinyanın qələbəsindən sonra biz ölkənin Aİ-yə daxil olmaq yolunu tutduğunu gördük. Respublika ağlaya-ağlaya kaktus yeməyə davam edir”.

Onun sözlərinə görə, Rusiya Ermənistana müəyyən kurs tətbiq edə bilməz, lakin Moskva bu ölkədə informasiya işini davam etdirməli, qarşılıqlı faydalı əməkdaşlığın faydalarını izah etməli, İrəvanın indiki yolun tutduğu mənfi cəhətləri vurğulamalıdır.

Xatırladaq ki, martın 29-da Simonyan Ermənistanın həmişə Avropa İttifaqına gedən yolda olduğunu bildirib. Onun fikrincə, Aİ-yə namizəd statusunun əldə edilməsi İrəvan üçün ən düzgün variantdır.   

Günəş Mərd 


SON XƏBƏRLƏR

26 Aprel 2024