• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Avroparlamentin qərəzli bəyanatları: Saxta dəyərlərlə regionda sülhə töhvə vermək olmaz

SİYASƏT

29 Fevral 2024 | 10:10

Avroparlamentin qərəzli bəyanatları: Saxta dəyərlərlə regionda sülhə töhvə vermək olmaz

“Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini təəssüf ki, davam etdirir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin sonuncu iclasında italiyalı Fabio Kastaldo və almaniyalı Viola Kramon öz çıxışlarında 30 il Azərbaycan torpağını işğal altında saxlayan və həmin əraziləri tamamilə dağıdıb xarabalığa çevirən Ermənistana dəstək olmaqla yanaşı ölkəmizə qarşı təhdidlərə də cəhd göstəriblər:

“Öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycanın anti-terror əməliyyatlarını “hərbi aqresiya” kimi qələmə vermək nəinki ədalətsiz və qərəzli mövqedir, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir. Azərbaycan öz suveren hüquqları çərçivəsində ərazi bütövüyünü bərpa edib. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri bir daha təsdiq etdi ki, qalib xalq Müzəffər Ali Baş Komandanının siyasətini tam dəstəkləyir. Azərbaycanın həyata keçiridiyi siyasət regionda sülh və təhlükəsizliyin güclənməsinə xidmət edir”.

Vüqar Bayramov: Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir

Deputat vurğulayıb ki, Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir. V.Bayramov qeyd edib ki, bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür:

“Güclü Azərbaycan dövlətinin yanında məğrur Azərbaycan xalqı var. Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlərlə regionda sülhə töhvə vermək olmaz”.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

26 Iyul 2024