• Bakı 13° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

“Qiymətləndirmə sistemi biliklərə əsaslanmalıdır” - DİM sədri

CƏMİYYƏT

10 Aprel 2026 | 10:29

“Qiymətləndirmə sistemi biliklərə əsaslanmalıdır” - DİM sədri

Azərbaycanda qiymətləndirmə sisteminin əsası subyektiv qərarlardan imtina edilərək biliklərə əsaslanan modelə keçidlə qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in 10 İllik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, bu yanaşma Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttə əsaslanır və bu gün İlham Əliyev tərəfindən davam etdirilir.

Sədr əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilin inkişafına verdiyi töhfələr qiymətləndirmə sisteminin humanist və ədalətli modelə çevrilməsində mühüm rol oynayıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

09 Aprel 2026