İsrail və Livan atəşkəsin əldə olunması və uzunmüddətli sülhün bərqərar edilməsi məqsədilə rəsmi danışıqlara başlayırlar.
Bakıvaxtı.az xəbər verir ki, dialoq Vaşinqtonda hər iki ölkənin səfirlərinin iştirakı ilə diplomatik səviyyədə aparılacaq. Prosesin yerində birbaşa dəstəyi və əlaqələndirilməsi ABŞ-nin Livandakı səfiri Mişel İssa tərəfindən təmin ediləcək.
Qeyd olunur ki, rəsmi təmasların başlanması barədə qərar Vaşinqtonun regionda vəziyyətin sabitləşdirilməsinə yönəlmiş intensiv diplomatik səylərindən sonra qəbul edilib.
Bakı 




