• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Fransa heç bir halda danışıqları poza bilməz: Söz sahibi...

SİYASƏT

29 Fevral 2024 | 14:50 | Müəllif: Qalib İbrahimoğlu

Fransa heç bir halda danışıqları poza bilməz: Söz sahibi...

Dünən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Berlində görüş keçirildi.

Bakıvaxtı.az xatırladır ki, nazirlər arasında əvvəlcə ikitərəfli görüş baş tutub. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib. Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.

Bu gün isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci mərhələsi başlayıb. Almaniyanın xarici işlər naziri Annalena Berbok hər iki ölkənin cəsarətli addımlar atdığını söyləyib. Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar:

 "Almaniya iki ölkə arasında danışıqlara ev sahibliyi etməklə, hər iki ölkənin səylərini dəstəkləməkdə qərarlıdır".

Berlin görüşünü Bakıvaxtı.az-a dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib ki, obyektiv və subyektiv çətinliklərə baxmayaraq, Azərbaycan və Ermənistan sülhə doğru addımlar atırlar.

Ekspert vurğulayıb ki, bəzən böyük, bəzən kiçik olsa da, sülh istiqamətində cəhdlər, təşəbbüslər ortadadır:

"Yəni proses gedir. Ən əsası da odur ki, artıq danışıqlar ikitərəfli qaydada gedir. Vasitəçilərin, üçüncü tərəflərin olmaması ciddi məsələdir. Almaniya tərəflərin sülh danışıqlarında vasitəçi deyil. Rəsmi Berlin sadəcə görüş təşəbbüsünü irəli sürüb və məkan təklif edib. Almaniya ev sahibidir. Ev sahibi görüşdə iştirak edə, müzakirələri dinləyə bilər. Biz də Berlinə ev sahibi olduğuna, görüş üçün məkan təklif etdiyinə görə təşəkkürümüzü bildiririk”.

Onun sözlərinə görə, nəzərə alaq ki, əvvəlki dönəmlərdə, yəni 10-15 il əvvəl vasitəçilər başqa missiya icra edirdilər. Rusiya, Fransa və ABŞ münaqişə tərəflərinə hansısa şərt və tələbləri, formulları təklif edirdilər:

“Əgər tərəflər qəbul edərdisə, hansısa görüş baş tuturdu, müzakirələr gedirdi. Yox əgər tərəflərdən biri razı olmurdusa, təbii olaraq proses irəliləmirdi. Həmin vasitəçilərin niyyətləri xoş deyildi və öz məqsədlərini güdürdülər. Almaniya isə xoşniyyətlidir".

Zərdüşt Əlizadə: Ən əsası odur ki, artıq danışıqlar ikitərəfli qaydada gedir

Analitik vurğulayıb ki, ümumiyyətlə bundan sonra tərəflər arasında danışıqlar ancaq ikitərəfli formatda gedəcək:

"Fransa heç bir halda tərəflərin təmaslarına müdaxilə edə, danışıqlar prosesini poza bilməz. İkitərəfli danışıqlarda söz sahibi ancaq tərəflər özləri olur. Bu da Azərbaycan və Ermənistandır. Bakı və İrəvanın razılığı olmadan hər hansı üçüncü tərəf müzakirələrə qoşula bilməz. Azərbaycan öz qəti mövqeyini ortaya qoyub və vurğulayıb ki, Fransa burada artıq ölkədir və onun vasitəçiliyi bizə lazım deyil. Nəinki vasitəçiliyini, ümumiyyətlə Fransanın adını belə eşitmək istəmirik".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026