• Bakı 19° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

İlon Mask da imza atdı: Süni intellekti dayandırın!

DÜNYA

30 Mart 2023 | 12:17

İlon Mask da imza atdı: Süni intellekti dayandırın!

İlon Mask da daxil olmaqla, mindən çox ekspertin imzaladığı açıq məktubda cəmiyyət üçün potensial risklər əsas gətirilərək güclü süni intellekt sistemlərinin işləməsinə çağırış edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, açıq məktubda GPT-4-dən daha güclü sistem üzərində işin altı ay müddətinə dayandırılması tələb olunub.

Həyatın Gələcəyi İnstitutunun nəşr etdiyi məktubda deyilir ki, güclü süni intellekt sistemləri yalnız onların təsirinin müsbət olacağına və risklərinin idarə edilə bilinəcəyinə əmin olduğumuz zaman inkişaf etdirilməlidir; onlar dəqiq, təhlükəsiz, şərh edilə bilən, şəffaf, möhkəm, uyğun və etibarlı olmalıdır.

İmzalayanlar arasında İlon Mask, Apple-ın həmtəsisçisi Stiv Voznyak və transhumanist tarixçi Yuval Noah Harari kimi tanış adlar var.

Yanlış məlumatların və kibercinayətlərin artması məktubda vurğulanan süni intellekt texnologiyaları ilə bağlı narahatlıqlardan ikisidir. Bildirilir ki, süni intellekt texnologiyalarının inkişafı üçün GPT 4 və buna bənzər süni intellekt həlləri “ictimai və yoxlanıla bilən” olmalıdır.

Məktubun mətnində deyilir ki, “Əgər bu fasilə tez bir zamanda tənzimlənə bilməzsə, hökumətlər işə qarışmalı və dayandırmağa başlamalıdırlar”.

Mask uzun müddətdir ki, süni intellektin təhlükələri barədə xəbərdarlıq edərək maşın intellektinin insanları geridə qoyacağı nöqtənin 2025-ci ildə gələcəyini və insanların superkompüterlərin ev heyvanlarına çevrilmə riski ilə üzləşəcəyini proqnozlaşdırırdı.

Həyatın Gələcəyi İnstitutu Londonda yerləşən Founders Pledge qrupu və Silikon Vadisi İcma Fondu tərəfindən maliyyələşdirilir.

Qeyd edək ki, Mask bu ay verdiyi açıqlamada "Süni intellekt məni stresə salır" demişdi.

Ay Tac


SON XƏBƏRLƏR