• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ərdoğan Putinlə yenidən danışacaq

DÜNYA

22 Avqust 2022 | 11:16 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Putinlə yenidən danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır və onun Zaporojye AES-dəki vəziyyəti və Ukrayna böhranını müzakirə edəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” diplomatik mənbəyə istinadla məlumat yayıb.

“Ərdoğan Putinlə Lvovda Zelenski və BMT baş katibi Antonio Quterreşlə keçirdiyi danışıqların nəticələrini müzakirə etmək, habelə Rusiya liderindən Zaporojye AES-də vəziyyətin tənzimlənməsi üçün konkret tədbirlər görməyi xahiş etmək niyyətindədir. Türkiyə bu məsələdə öz vicdanlı vasitəçilik rolunu oynamaqda davam edir, çünki bu münaqişədə hər iki tərəfin etimadını qazanan yeganə ölkədir”, - mənbə bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026