• Bakı 8° C

    11.82 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğan və Draqi Ukraynanı müzakirə etdi

DÜNYA

05 Iyul 2022 | 22:25 | Müəllif: Subhan Mahmudov

Ərdoğan və Draqi Ukraynanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İtaliyanın Baş naziri Mario Draqi ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər Rusiyanın apardığı müharibədə Ukrayna ilə həmrəy olduqlarını və bu ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər.

Onlar Ukraynada sülhün tezliklə bərqərar olması üçün səylərini davam etdirmək barədə razılığa gəliblər.

Ukraynadan taxıl ixracına maneələrin aradan qaldırılması üçün təcili tədbirlərin görülməsinin zəruriliyini vurğulayan tərəflər BMT və digər müvafiq təşkilatlarla oxşar humanitar məsələlərdə birgə işləmək əzmində olduqlarını bir daha bəyan ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026