• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ərdoğan və Əsəd görüşəcək

DÜNYA

16 Iyul 2024 | 16:49

Ərdoğan və Əsəd görüşəcək

TürkiyəSuriyaprezidentləri Rəcəb Tayyib ƏrdoğanBəşər Əsəd görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, Ərdoğan Əsəd iki dövlət arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün 2-3 ay ərzində üçüncü ölkədə görüşə bilərlər.

Nəşr xatırladıb ki, Rusiya Federasiyası, İran, Türkiyə və Suriya kəşfiyyat orqanlarının görüşü 2023-cü ilin sentyabrında keçirilməli idi, lakin Dəməşqin irəli sürdüyü şərtlərə görə təxirə salınıb.

Bir müddət sonra danışıqlar prosesinin tərəfləri müsbət siqnallar verməyə başlayıb və Rusiya 2024-cü ilin iyul ayının sonunda görüş keçirmək təklifi ilə Suriyaya yaxınlaşıb.

Bundan sonra ölkələrin xarici işlər nazirləri arasında danışıqlar aparıla bilər.

Hər iki görüş uğurlu olarsa, Ərdoğan və Əsəd yaxın aylarda tərəflərin əvvəlcədən seçdiyi üçüncü ölkədə görüşəcək.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026