Ukrayna Rusiyanın Kursk vilayətində hərbi komendantlıq yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Baş Qərargahda deyib.
Məlumata görə, komendantlıq asayişi qorumaq və əhalinin prioritet ehtiyaclarını təmin etmək üçün yaradılıb.
Bildirilib ki, onun rəhbəri vəzifəsinə general-mayor Eduard Moskalev təyin edilib.
Mina Mikayılova
















