• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ərdoğan və Şarl Mişel nələri müzakirə etdi?

DÜNYA

10 Sentyabr 2023 | 14:51 | Müəllif: Subhan Mahmudov

Ərdoğan və Şarl Mişel nələri müzakirə etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Ankaranın Aİ-yə tamhüquqlu üzvlüyü üçün lazım olan addımları müzakirə ediblər.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Hindistanda görüş zamanı Türkiyə ilə Aİ arasında əlaqələr, o cümlədən regional və qlobal məsələlər müzakirə edilib.

Qeyd edək ki, iyulda Vilnüsdə keçirilən NATO sammitində Türkiyə Avropa İttifaqı ilə danışıqlar prosesində maneələrin aradan qaldırılması, gömrük ittifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və viza rejiminin liberallaşdırılması müqabilində İsveçin alyansa daxil olmasına dəstək verməyə hazır olduğunu bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR