• Bakı 31° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

ÜST Qəzzada tibbi ləvazimatların tükəndiyini AÇIQLADI

DÜNYA

10 Oktyabr 2023 | 14:27

ÜST Qəzzada tibbi ləvazimatların tükəndiyini AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrail tərəfindən tam mühasirəyə alınan Qəzza zolağına giriş və çıxış üçün humanitar yardım dəhlizinin yaradılmasına çağırıb.

Bakıvaxtı.az AFP-ya istinadən xəbər verir ki, ÜST Qəzza zolağındakı tədarüklərinin artıq tükəndiyini bildirərək buradakı xəstəxanaların bu təchizata çox ehtiyacı olduğunu bildirib.

BMT-nin səhiyyə agentliyi vurğulayıb ki, səhiyyə obyektləri qorunmalıdır.

"ÜST zorakılığa son qoymağa çağırır... kritik tibbi ləvazimatların insanlara çatdırılması üçün humanitar dəhliz lazımdır", - ÜST-ün sözçüsü Tarik Jasareviç Cenevrədə mətbuat brifinqində deyib.

"Təchizatın ora çatdırılması lazımdır: xəstəxanalar yanacaqsız, elektriksiz işləyə bilməz. Daha yerləşdirdiyimiz tədarüklər artıq tükənir, ona görə də bu təchizatların gəlməsinə ehtiyacımız var", ÜST rəsmisi deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026