• Bakı 20° C

    3.36 m/s

İsrail Qəzzada HƏMAS-a qarşı genişmiqyaslı hücuma başladı

DÜNYA

10 Oktyabr 2023 | 14:02 | Müəllif: Qalib İbrahimoğlu

İsrail Qəzzada HƏMAS-a qarşı genişmiqyaslı hücuma başladı

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə qarşı genişmiqyaslı hücuma başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "X" hesabında məlumat verilib.

    Qeyd olunub ki, indi İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror təşkilatının terror hədəflərinə qarşı genişmiqyaslı hücuma başlayır.

    İsrail ordusu Qəzza zolağında HƏMAS-ın terror hədəflərinə böyük intensivliklə hücumu davam etdirir.

    "İsrail ordusuna məxsus döyüş təyyarələri Qəzza zolağı boyunca HƏMAS terror təşkilatının bir sıra terrorçu hədəflərinə hücum edib. Təyyarələr hərbi birləşmə ilə yanaşı, silah anbarına zərbələr endiriblər. Həmçinin, HƏMAS-ın İsrail dövlətinə qarşı terroru istiqamətləndirmək üçün istifadə etdiyi Qərbi Cəbəliyyədəki döyüş idarəetmə mərkəzinə hücum edilib”, - məlumatda bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Oktyabr 2026