• Bakı 14° C

    1.94 m/s

Ərdoğandan Aşura paylaşımı

DÜNYA

28 Iyul 2023 | 20:10 | Müəllif: Subhan Mahmudov

Ərdoğandan Aşura paylaşımı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhərrəm ayının onuncu günü – Aşura ilə bağlı müsəlman dünyasına müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində paylaşım edib.

“Aşura günündə xalqımıza və bütün İslam dünyasına salamlarımı çatdırıram. Məhərrəm ayının bütün bəşəriyyətə sülh və firavanlıq gətirməsini diləyirəm”, - o qeyd edib.

Ərdoğan İmam Hüseynin və əshabələrinin şəhadəti ilə bağlı onların xatirəsini ehtiramla andığını yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR