• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Taliban qadınlara daha bir qadağa tətbiq etdi

DÜNYA

27 Avqust 2023 | 20:00

Taliban qadınlara daha bir qadağa tətbiq etdi

Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının nümayəndələri qadınların Bandi Amir Milli Parkına getməsinə qadağa qoyublar. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli "TOLOnews" nəşri yazıb.

Qadağanın təşəbbüskarı Fəzilətin Təbliği və Pisliklərin Qarşısının Alınması üzrə Nazir vəzifəsini icra edən Məhəmməd Xalid Hənəfi olub. Onun sözlərinə görə, parkda olarkən qadınlar hicab taxmaq qaydalarını pozublar və ya ümumiyyətlə geyinməyiblər.

"Bizim arvadlarımız və bacılarımız onlar üçün qaydalar qoyana qədər Bandi Əmiri ziyarət edə bilməyəcəklər. Təhlükəsizlik qüvvələri, ağsaqqallar və köməkçi polislər hərəkətə keçməlidir. Turizm həyati zərurət deyil", - deyə Məhəmməd Xalid Hənəfi bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026