• Bakı C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

İsveç onları ölkədən deportasiya etdi

DÜNYA

26 Sentyabr 2023 | 16:23

İsveç onları ölkədən deportasiya etdi

İsveç hakimiyyəti İraqın 26 vətəndaşını deportasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sveriges Radio” məlumat yayıb.

Məlumata görə, onları aparan təyyarə sentyabrın 26-da səhər saatlarında Bağdada uçub. Təyyarənin göyərtəsində polis və cəzaların icrası xidmətinin əməkdaşları da olub.

Bildirilib ki, 2012-ci ildən bəri İsveçdən ilk dəfədir İraqa məcburi deportasiya baş verir. Əvvəllər Bağdad krallıqdan çıxarılanları qəbul etməkdən imtina edib.

Deportasiya olunan mühacirlərin bəzilərinin vəkili Məcid Alnaşi hər iki ölkə hakimiyyətinin bu hadisəyə açıqlama verməsini tələb edib: “Məcburi deportasiyanın səbəbi açıqlanmalıdır. İraq hakimiyyəti də əvvəllər tutduğu mövqedən çəkilməsinə aydınlıq gətirməlidir”.


SON XƏBƏRLƏR