• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qəzzada fəlakət var, humanitar yardım çatdırılmalıdır - Dmitriy Peskov

DÜNYA

26 Oktyabr 2023 | 15:54

Qəzzada fəlakət var, humanitar yardım çatdırılmalıdır - Dmitriy Peskov

"Qəzzada humanitar fəlakət var. Humanitar yardım oraya çatdırılmalıdır".

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitriy Peskov İsrail-Fələstin münaqişələri ilə bağlı açıqlama verərkən deyib.

Peskov Qəzzaya göndərilən yardımın daxil olmasına icazə verilmədiyinə diqqət çəkib: "Cəmi iki yardım maşınına icazə verildi. Bu, çox azdır. İnsanlar da çölə buraxılmır".

Kremlin sözçüsü vəziyyətin fəlakətli dərəcədə olduğunu vurğulayıb. P qeyd edib ki, Qəzzada humanitar fəlakət var və humanitar yardımın oraya çatdırılması lazımdır.

“Quru əməliyyatı başlasa, vəziyyət daha da pisləşə bilər. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında səylər gücləndirilməlidir. Atəşkəs hamı tərəfindən tələb edilməlidir. Yalnız bir tərəfin hərəkətləri pislənə bilməz”, - deyə Dmitriy Peskov bildirib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR