Baydenin İran lideri Ayətullah Əli Xamneyiyə regionda ABŞ əsgərlərinə qarşı hücumlarla bağlı xəbərdarlıq mesajı göndərməsu barədə xəbərlər doğru deyil.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi “X” sosial media platformasında bildirib.
O, açıqlamasında ABŞ prezidenti Co Baydendən “xəbərdarlıq” yox, “xahiş” mesajları aldıqlarını qeyd edib.
Cəmşidi bildirib ki, ABŞ-ın mesajları inqilabın liderinə yönəlməyib: “Bu, ABŞ-ın İrandan tələb və istəklərindən başqa bir şey deyildi. Bayden İrana xəbərdarlıq etdiyini düşünürsə, komandasından mesajların mətnini göstərməsini xahiş etməlidir”.
Xatırladaq ki, ABŞ prezidenti Bayden dünən Vaşinqtonda Avstraliyanın baş naziri Entoni Albanese ilə birgə keçirdiyi mətbuat konfransında “Mən Ayətullaha xəbərdarlıq etdim ki, əsgərlərimizə qarşı bu cür hərəkətlərini davam etdirsələr, cavab verəcəyik. Onlar buna hazır olmalıdırlar” detib.
Ay Tac















