Qarabağda hələ də qalmaqda olan separatçıların lideri Arayik Arutyunyanın rəsmi "Facebook"səhifəsi silinib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, səhifə Azərbaycan tərəfinin davamlı şikayətləri nəticəsində ləğv edilib.
Qeyd edək ki, Arutyunyan 459.000 izləyicisi olan səhifədə dezinformasiya yaymaqla məşğul olurdu.

















