• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Abbas Lisaniyə qarşı təxribat hazırlanır

DÜNYA

27 Avqust 2023 | 16:44 | Müəllif: Subhan Mahmudov

Abbas Lisaniyə qarşı təxribat hazırlanır

Güney azərbaycanlı fəal Abbas Lisaninin ekoloji fəlakətlə bağlı səsli mesaj yayaraq İran hökumətini günahlandırmasından sonra keçmiş siyasi məhbusa qarşı təxribat və təhdid çıxışları başlanılıb.

Bakıvaxtı.az bildirir ki, bu qəbildən olan təhdidlərdən biri ərdəbilli İrəc Şirzad adlı şəxs tərəfindən edilib.

O, video-müraciət yayaraq, Abbas Lisanini ölümlə hədələyib, onun başının kəsilməsinin vacibliyini bildirib.

Görüntülü müraciətdə "Allahu əkbər" şüarı ilə siyasi məhbusu təhdid edən İrəc Şirzad bundan əvvəl milli fəalların toplantılarında bir neçə dəfə iştirak edib.

Videodan ərdəbilli gəncin psixoloji problemlərinin olduğu, normal vəziyyətdə olmadığı məlum olur.

Hökumət məmurlarının gəncin durumundan Abbas Lisaniyə qarşı istifadə edib, etiraz aksiyalarının genişlənməkdə olduğu bir vaxtda zərərli gündəm yaratmaq istədikləri ehtimal olunur./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026