• Bakı 12° C

    7.41 m/s

  • USD - 1.7

    EUR - 1.8621

    RUB - 0.0192

Olimpiadalarda hicab qadağası: Fransa qərar verdi

DÜNYA

26 Sentyabr 2023 | 15:30

Olimpiadalarda hicab qadağası: Fransa qərar verdi

Tez-tez anti-islam əməlləri həyata keçirən, son olaraq məktəblərdə oğlan və qızlara dini geyim qadağası qoyan Fransa növbəti qalmaqala səbəb olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Fransa idmançılarına 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarında hicab taxmağı qadağan edilib. Fransanın idman naziri Amelie Oudea-Kastera qonaq olduğu “France 3” kanalına qadağa qoyulduğunu açıqlayıb.

Oudea-Kastera 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında paytaxt Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandalarının idmançılarının hicab taxa bilməyəcəklərini bildirib.

Fransalı nazir idmanda sərt “dünyəvilik rejimi”nin tətbiqinin tərəfdarı olduqlarını qeyd edib.

Xatırladaq ki, Fransa Futbol Federasiyası (FFF) 2016-cı ildən hicaba icazə vermədiyi üçün “Les Hijabeuses” (Hiccablılar) kimi tanınan futbolçular cəmiyyəti bu qadağanı ləğv etmək üçün Dövlət Şurasına müraciət etmişdi.

FFF-nin daxili reqlamentinin birinci maddəsi futbolçulara matçlar zamanı dini mənsubiyyətini göstərən geyim və ya simvol geyinməyi qadağan edir.

Ay Tac


SON XƏBƏRLƏR

28 Noyabr 2023