• Bakı 6° C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kremldən Paşinyanın dediklərinə CAVAB

DÜNYA

26 Oktyabr 2023 | 13:41

Kremldən Paşinyanın dediklərinə CAVAB

Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın təhlükəsizlik sahəsindəki əlaqələrin şaxələndirilməsi ilə bağlı dediklərinə aydınlıq gətirəcəyinə ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, bu məsələ Ermənistanla təmaslar zamanı müzakirə ediləcək.

Peskovun sözlərinə görə, Kreml “The Wall Street Journal” nəşrini mənbə kimi qəbul etmir və bu səbəbdən Paşinyanın məhz nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək lazımdır.

Kreml rəsmisinin fikrincə, Rusiya və Ermənistan arasında dialoqun müxtəlif nəşrlər, xüsusilə “The Wall Street Journal” vasitəsilə saxlanması bəyənilən deyil: “Ona görə də biz erməni dostlarımızla söhbətimizi, dialoqumuzu davam etdiririk və bundan sonra da davam etdirəcəyik, bizim çox geniş gündəliyimiz var”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026