• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha bir ölkə Ukraynaya silah yardımını dayandırır

DÜNYA

26 Oktyabr 2023 | 13:39

Daha bir ölkə Ukraynaya silah yardımını dayandırır

Slovakiya Ukraynaya silah yardımını dayandıracaq.

Bakıvaxtı.az  AFP-yə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın yeni seçilən Baş naziri Robert Fiko parlamentarilərlə görüşündə deyib.

"Ukraynaya silah yardımı başa çatsa da, Slovakiya qonşu ölkəyə humanitar yardım çatdırmağa davam edəcək", deyə Baş nazir bildirib.

"Biz Ukraynaya humanitar və mülki yardımı dəstəkləyirik - bu, mənim kabinetimin rəsmi siyasəti olacaq. Biz Ukraynanı heç bir silahla təmin etməyəcəyik".

Slovakiya Baş naziri deyib ki, onun ölkəsi Ukraynada tezliklə sülhün bərqərar olmasının tərəfdarıdır, lakin Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi plan real deyil, Rusiya və ABŞ bu məsələdə razılığa gəlməlidir: "Mən hərbi əməliyyatların dayandırılmasının tərəfdarıyam və planın nə olduğu məni maraqlandırmır. Onların nə ilə razılaşacağı ruslar və amerikalıların məsələsidir. Bilirsiniz ki, ukraynalılar burada heç bir rol oynamır - ruslar və amerikalılar nə ilə razılaşacaqlar, məsələ budur. Zelenskinin heç bir planını dəstəkləmirəm, çünki irəli sürülən şərtlər baxımından bunlar tamamilə real deyil", - deyə Baş nazir Fiko bildirib.

O əlavə edib ki, Avropa İttifaqı da öz rolunu Ukraynaya silah tədarükçüsündən, sülhməramlıya dəyişməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026