Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Xarici İşlər Nazirliyinin tərkibində Avropa Departamentindən ayrılmaqla Avropaya İnteqrasiya Departamenti yaradılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV elektron hökumətin saytına istinadən məlumat yayıb.
Qeyd olunur ki, XİN-in Siyasi Planlaşdırma Departamenti də Diplomatik Fəaliyyətin Koordinasiya Departamenti ilə birləşdiriləcək.