Ermənistanda kəskin respirator infeksiyalar səbəbindən xəstələnmənin artması qeydə alınıb.
Bakıvaxtı.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bununla yanaşı, ölkədə A yarımtipi H3N2 qripi, həmçinin B qripinin patogenləri və COVID-19 da yayılmağa davam edir.
Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, digər tənəffüs yoluxucu infeksiyalar arasında “rinovirus”, respirator “sinsitial” virus və koronavirus xəstəliyinin (SARS-COV-2) törədiciləri də müəyyən edilib.
Aytəkin Cəlali